HAQQIMIZDA

Təsisçi / Founder

Sevgi ilə yola çıxdıq... 

"Ləziz Catering" yeni yaranan şirkət olmasına baxmayaraq, işə professional yanaşması, yüksək səviyyəli xidməti və keyfiyyətə önəm verməsi ilə qısa zamanda ətrafına geniş müştəri kontingenti toplayaraq seçilmiş bir marka olmaq yolunda irəliləyir. 2014-cü ildən fəaliyyətə başlayan "Ləziz Catering" 500 kv.m-dən artıq ərazidə dünya standartlarına cavab verən müasir mətbəx avadanlıqları ilə təchiz edilib. Keyfiyyətli məhsul - keyfiyyətli xidmət prinsipini əsas götürən şirkət gülərüzlü, gənc, dinamik kollektivi ilə müştərilərinin sağlam qidalanmalarına öz töhfəsini verir. Azərbaycanlı və türk aşbazların hazırladıqları bir-birindən ləziz yemək çeşidləri sırasında iki qardaş xalqın mətbəxinin əvəzolunmaz dadları üstünlük təşkil edir.

Bizim üçün uğur...

Uğurumuzun sirrini 3 sözlə ifadə etmiş olsaq, keyfiyyət, təmizlik və sevgi deyərdik. Bütün standartlara cavab verən müasir təchizatlı mətbəximizdə hazırlanan təamların inqrediyentlərinin təzə, keyfiyyətli və qatqısız olması önəm verdiyimiz başlıca prinsiplərdəndir. Yeməyin dadı, keyfiyyəti ilə yanaşı, diqqət ayırdığımız digər önəmli nüans təmizlik olduğundan, hazırladığımız ləzzətlərin bütün gigiyenik qaydalara uyğun şəkildə bişirilməsinə və təqdim olunmasına çalışır, ən incə ayrıntılara qədər nəzər yetiririk. Bir yeməyin uğuru isə onun sevgi ilə, həvəslə bişirilməsindən asılıdır. Siz əziz müştərilərimizə nəfis dad və ləzzət bəxş edə bilmək üçün professional şeflərimiz hazırladıqları hər bir yeməyə öz sevgilərini, xoş ovqatlarını qatırlar.

Həm keyfiyyətli, həm "Ləziz"... 

Müştərilərimiz sırasında ölkəmizdə fəaliyyət göstərən bir sıra iri şirkətlər, ofislər, xaricdən gələn qonaqlarını nəfis dadlarla qarşılamaq istəyən iş adamları, məclislərinə dünya mətbəxinin ləzzətləri ilə rəng qatmaq istəyənlər də var. Hər bir müştərimizə özəl, seçilən biri kimi yanaşaraq, kataloqumuzda təqdim olunan yeməklərlə kifayətlənməyib Sizlərə seçim imkanı da veririk. Arzu etdiyiniz istənilən yeməyi bişirmək və istədiyiniz şəkildə də servis edərək işgüzar yeməklərinizi, nahar fasilələrinizi, müxtəlif tədbirlərinizi, məclislərinizi "Ləziz catering"lə ləzzətli etməkdən qürur duyuruq. Günə xoş əhval-ruhiyyə ilə başlamaq, şam yeməyinizi dadlı, keyfiyyətli, təzə məhsullardan hazırlanmış qidalarlazənginləşdirmək istəyirsiniz? O zaman səhər qəlyanaltıları və axşam yeməkləri üçün də təcrübəli aşbazlarımızın hazırladıqları "Ləziz catering" yeməkləri seçə bilərsiniz. Sağlamlığın qorunması və möhkəmləndirilməsi üçün səmərəli qidalanmanın rolunun böyük olduğu danılmaz bir faktdır. Bir çox xəstəliklərin təməlində düzgün olmayan qidalanmanın dayandığını nəzərə alsaq, sağlamlığımızı bacarıqlı əllərə etibar edib, keyfiyyəti seçməliyik. Keyfiyyət və dadın yeni ünvanı isə "Ləziz catering"dir!"

XİDMƏTLƏRİMİZ

Biz inanırıqki, Bacarıqlarımız və keyfiyyətimizlə sizin tək seçiminiz olacağıq.

YEMƏKLƏRİMİZ

Mətbəximizdən sizə yeməklərimizin şəkillərini təqdim edirik.

catering-lunch-1024x657

HEYƏT

Professional Personalımız sizə mükəmməl xidmət gösdərmək üçün hər an çalışır

MÜŞTƏRİLƏRİMİZ

TƏDARÜKÇÜLƏR

LƏZİZ CATERİNG BAKU, AZERBAİJAN

Bizimlə əlaqə saxlayın
ÇOBANZADƏ KÜÇƏSİ, NİZAMİ RAYONU
AZ1060, BAKI, AZƏRBAYCAN
(+994) 12-409-59-11
(+994) 50-559-91-11
(+994) 70-559-91-11
INFO@LEZİZCATERİNG.AZ
WWW.LEZİZCATERİNG.AZ